Bayden Azərbaycana niyə təşəkkür etdi? - COP29-da...

195
Bayden Azərbaycana niyə təşəkkür etdi? - COP29-da...

ABŞ prezidenti Co Bayden COP29-un uğurlu təşkilinə görə Azərbaycana təşəkkür edib. “Mən tərəfləri və COP29 prezidentini bu mühüm nəticəyə görə təbrik edirəm. İqlim hədəflərinə çatmaq üçün mühüm işlər görülsə də, bugünkü uğur düzgün istiqamətdə atılmış mühüm addımdır. Amerika xalqı və gələcək nəsillər adından daha təmiz, daha təhlükəsiz və sağlam planetin təmin edilməsi üçün səylərimizi sürətləndirmək öhdəliyimiz var”, - deyə prezident Bayden bildirib.

Mynews.az saytınən yazdığına görə, o, həmçinin qeyd edib ki, COP29 daha bir tarixi konsensusa nail olmaq üçün platformadır. “Konfrans zamanı ölkələr 2035-ci ilə qədər iqlim təşəbbüslərinin beynəlxalq maliyyələşdirilməsinə dair iddialı məqsəd barədə razılığa gəliblər. Bu, inkişaf etməkdə olan ölkələrin yaşıl və dayanıqlı iqtisadiyyatlara keçidi sürətləndirmək üçün ehtiyac duyduğu bütün mümkün mənbələrdən həyati əhəmiyyətli maliyyə resurslarını səfərbər edəcək”, - deyə prezident Bayden bildirib.

Xəbər lenti