Mirzoyan sülhdən danışdı

53
Mirzoyan sülhdən danışdı

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və Finlandiya Prezidenti Aleksandr Stubb Helsinkidə Bakı ilə İrəvan arasında münasibətlərin normallaşdırılması prosesini müzakirə ediblər.

 Mynews.az xəbərinə görə bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidməti məlumat verib.

“Ararat Mirzoyan Cənubi Qafqazda dayanıqlı sülhün qurulması və Ermənistan vətəndaşları üçün daha təhlükəsiz mühitin təmin edilməsinin ölkənin xarici siyasətinin əsas prioritetlərindən biri olduğunu vurğulayıb”, - məlumatda qeyd edilib.

Bildirilib ki, Ermənistanın XİN başçısı Bakı və İrəvan arasında sülh sazişinin imzalanması üçün siyasi iradənin mövcud olduğunu bəyan edib.

Xəbər lenti