Şamaxıda işçilər pulsuz işlədilir - ŞİKAYƏT

1412
Şamaxıda işçilər pulsuz işlədilir -  ŞİKAYƏT

"Vətəndaş hüquqlarının müdafiəsinə dəstək" Müstəqil Həmkarlar Birliyinin Şamaxı rayon şöbəsinin rəhbəri Manafov Tapdıq tərəfindən Mynews.az saytının redaksiyasına zəng daxil olmuşdur.

Təşkilat rəhbəri bildirir ki, artıq 2-ci həftədir ki, DOST Agentliyinin Şamaxı rayon şöbəsinin işçiləri şənbə və bazar günləri Şamaxı trassı (mərkəzi yolun) ətrafını təmizləmə işlərinə cəlb olunur. Bununla belə, işçilərə əlavə ödəniş olunmur. Bu isə Əmək Qanunvericiliyinin kobud pozulmasıdır. Bununla bağlı Müstəqil Həmkarlar Birliyinin rəhbərliyi Dövlət Əmək Müfəttişliyi Xidmətinə artıq müraciət ünvanlamışdır.

Xəbər lenti